“İki doza vakisin vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tösiyə edilir. Çünki vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır”.
yasamal.tv azvision.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir:
“İlk növbədə səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib”.