“Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə “PUBG Mobile” üzrə yeni turnir keçiriləcək.
yasamal.tv xəbər verir ki, kiberidman həvəskarları arasında ilin ikinci “PUBG Mobile” yarışında 32 komanda iştirak edəcək.
Avqustun 5-də start götürəcək turnir 10 gün davam edəcək.
“Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyasıdır.
“Instagram” ünvanı: Glahub
“Youtube” ünvanı: Glahub
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.