Bağdadda partlayış: 30 ölü

10

Bağdadda baş verən terror aktı nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər yaralanıb.

yasamal.tv xəbər verir ki, bu barədə Shafaq News xəbər portalı xəbər verib.

Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb.

Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin