“Rusiya istəyir ki, Qarabağla bağlı Türkiyə ilə birgə fəaliyyətini davam etdirsin. Onun artıq bu tandemdə mövqeyi də mövcuddur. Orda Rusiyanın davranışı da bir az fərqlidir. Amma manevri çoxaltmaq üçün Rusiya həm də Minsk Qrupu çərçivəsində mövqeyini saxlamaq istəyir”.
yasamal.tv xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Real TV-yə müsahibəsində deyib.
T.Zülfüqarov qeyd edib ki, məhz buna görə Minsk Qrupundan imtina edib onun ləğvinə nail olmaq lazımdır:
“Azərbaycan bundan imtina etsə, Minsk Qrupu havada qalacaq. Bu, birmənalıdır. Bu qrupun yaranması, gündəmə gəlməsi Azərbaycanın müraciətindən sonra olub. Əgər Azərbaycan desə ki, Minsk Qrupu bizə lazım deyil, deməli, bu qrup qalmayacaq. Bu baxımdan Rusiya üçün Minsk Qrupu çərçivəsində hansısa ermənipərəst mövqeyi nümayiş etməməsi üçün biz bu meydanı bağlamalıyıq”.