Erməni nazir: “Dövlət borcu idarə olunan həddi keçdi”

10

“Dövlət borcunun nominal və nisbi həcmi idarə olunacaq həddi keçib”.

yasamal.tv xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxışı zamanı Maliyyə naziri Atom Cancuqazyan deyib.

O bildirib ki, Ermənistanın borcu 7,969 milyard ABŞ dollarına çatıb.

Onun sözlərinə görə, 5,593 milyard dollar hökumətin xarici borcudur. Bu borcun qeyri-rezidentlərdən olması və əsasən valyuta ilə əks olunması risk yaradır.

Nazir qeyd edib ki, borcun 76 faizi xarici valyuta, 24 faizi isə dramla əksini tapır.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin