Sərhəd tanımayan erməni terroru – Fotolar

21

Araşdırmaçı tarixçi Paşa Cəbrayılov yazır…

Bəşəriyyət tarixində ilk terror qruplaşmalarını erməni millətçiləri yaradıb. İndi dünyanı ağuşuna alan, dünyanın bir sıra qurum və təşkilatları tərəfindən və hegemon dövlətlər tərəfindən terror təşkilatları kimi fəaliyyətləri qadağan edilən kürd millətçilərinə məxsus PKK, katolonlara məxsus olan ETA, irlandlara məxsus İRA və qalan bütün terror təşkilatları erməni terror təşkilatlarından sonra yaranıb. Ermənistan dünyada yeganə dövlətdir ki, utanmadan, əlləri yüzlərlə günahsız insanın qanına bulaşmış vəhşi erməni terrorçularının adlarını əbədiləşdirir, o terrorçulara İrəvan şəhərinin mərkəzi hissələrində heykəllər ucaldıb onların adlarını küçə, prospekt və məktəblərə verirlər. Erməni təhsil sistemi bu terrorçuları dərsliklərə daxil edib, məktəbliləri belə qonşu xalqlara nifrət hissi ilə yaşamağı öyrədirlər.

Buna misal olaraq, 15 mart 1921-ci ildə Berlində görkəmli türk dövlət xadimi olan Tələt Paşani qətlə yetirən Soqomon Teyliryanı, 2-ci dünya müharibəsi dövründə A.Hitlerə yaxınlığı ilə seçilən, 1941-1945-ci illərdə Sovet ordusuna qarşı ən böyük qəddarlıqlarına görə şəxsən Hitler tərəfindən “Dəmir Xaç” ordeni ilə təltif edilmiş, faşist Almaniyası tərəfində vuruşan erməni legionuna başçılıq etmiş Qaragen Nejde, dünyanın müxtəlif ölkələrində yüzlərlə türk diplomatlarını qətlə yetirən ASALA və Daşnaksütun terror təşkilatlarının üzvləri, Xocalı Soyqrımının fəal iştirakçısı olmuş, livan əsilli, ARABO terror təşkilatının fəal üzvü olan Melto Melkonyana qoyulmuş abidələri misal çəkmək olar. Yuxarıda sadaladığım kimi, bir kiçik xalqın yüzlərlə terror təşkilatı yaratmağı həmin xalqın mentalitetinin çürük, xain və vəhşi olmasından xəbər verir.

İndi sizə bəhs etmək istədiyim bu terror hadisəsi Sovetlər Birliyinin ən sakit dönəmlərindən birini əhatə edir. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu terror hadisəsi Sovetlər dönəmində məxfi status daşıdığından bu ölkədə yaşayan sadə xalqlar məlum hadisədən xəbərsiz qaldı. 1977-ci ilin 8 yanvar tarixində Sovetlər Birliyinin paytaxtı olan Moskva şəhəri həmin gün Yeni il şənliklərindən sonra bayram ovqatlı günlərindən birini yaşayırdı. Həmin gün Moskvanın ictimai yerlərində 3 terror aktı həyata keçirildi. İlk partlayış saat 17:33-də Moskva metrosunun “İzmaylov” və “Pervomayskiy” stansiyaları arasında baş verdi. İkinci partlayış saat 18:05-də Moskvanın məşhur Lyubyanka meydanının yaxınlığında, Dövlət Təhlükəsizliyi Komitəsinin binasının yaxınlığında, ticarət mərkəzlərinin birində yerləşən ərzaq mağazasında baş verdi. Üçüncü partlayış isə saat 18:10-da indiki Nikolskiy küçəsində yerləşən ərzaq mağazasında baş verdi. Ümumilikdə bu terror aktları nəticəsində 7 nəfər həlak oldu, 37 nəfər ağır yaralanmışdı. Bəlkə də ölən və yaralanların sayı bir neçə dəfə göstərilən rəqəmlərdən çox idi. Sadəcə o vaxt Sovetlər Birliyində bu rəqəmi düz yaza bilməzdilər.

Cinayətkarların axtarışı üçün SSRİ prokurorluğunun, Daxili İşlər Nazirliyinin və DTK-nin ən təcrübəli müstəntiqləri cəlb olunmuşdular. 500-dən artıq şahidin ifadələri alınmışdı. Lakin onlardan heç biri terrorçuların zahiri görkəmini dəqiq izah edə bilməmişdir. Partlayıcı qurğunun qalıqlarını yığaraq müstəntiqlər bombaların hazırlanmasında istifadə olunan detalları və materialları müəyyən edirlər. Detallar və materiallar əsasən üç şəhərdə istehsal olunmuşdu. Bu Xarkov, İrəvan və Rostov-na-Donu şəhərləri idi. Terror aktlarının erməni millətçiləri tərəfindən təşkil oluna biləcəyinin versiyası yarandı.

1977-ci ilin oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini qərara alırlar və bu məqsədlə Moskva şəhərinə Kursk dəmir yolu vağzalına gəlirlər. Geri qayıtmaq üçün Moskva – İrəvan qatarına bilet alaraq onlar partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq zaldan çıxırlar. Bir neçə dəqiqə sonra yiyəsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edir, sərnişin çantaya baxır və buradakı qəribə qurğunu və naqilləri görərək polisə xəbər verir. İstintaq baxışı zamanı dəyərli maddi sübutlar əldə olunur: İrəvanda istehsal olunmuş göy idman kurtkası və papaq. Papağın içərisində əməliyyatçılar bir neçə qara rəngli insan saçı aşkar edirlər. Dərhal əməliyyat-axtarış tədbirləri başlanır və bir müddətdən sonra Gürcüstanla Ermənistanın sərhədində Moskva – İrəvan qatarının üçüncü vaqonunda qara saçlı, əynində kurtkası olmayan göy idman şalvarı olan bir nəfər saxlanılır. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun sənədlərinin və baqajının olmaması aşkar olunmuşdur.

Saxlanılan şəxs İrəvanda fəhlə işləyən Akop Stepanyan idi (1949-cu il təvəllüdlü). Onunla birgə dostu – rəssam Zaven Baqdasaryan (1954-cü il təvəllüdlü) saxlanılır. Stepanyan və Baqdasaryan Moskva şəhərinə səyahətlərinin məqsədini və səbəbini tam aydın izah edə bilmirlər. Saxlanıldıqdan sonra onları İrəvana göndərirlər. Daha sonra Stepanyanın anası bombanın olduğu çantanı tanıyır və o çantanın oğluna məxsus olduğunu təsdiq edir. Saxlanılan şəxslərin evində aparılan axtarışlar zamanı digər maddi sübutlar da aşkar olunaraq götürülür.

İstintaqın verdiyi məlumata, görə terror aktlarının əsas təşkilatçısı və rəhbəri Stepan Zatikyan olmuşdur. Baqdasaryan və Stepanyan isə bu terror aktlarının birbaşa icraçıları idilər. Dindirmələr zamanı Baqdasaryan və Stepanyan demişdilər ki, onlar Zatikyan tərəfdən hədə-qorxu yolu ilə bu cinayəti törədiblər. Onu da vurğulayıblar ki, Zatikyan həbsdə olarkən (antisovet fəaliyyətinə görə) millətçilik ideyalarının əsirinə çevrilmiş və “ermənləri əzdikləri üçün” ruslardan intiqam almağa çalışırdı. İttiham olunanların məhkəmədəki çıxışlarının video yazısı mövcuddur, çıxışlardan birində Zatikyan bu sözləri demişdi:

“Mən dəfələrlə demişəm ki, mən sizin qurduğunuz məhkəmədən imtina edirəm və heç bir müdafiəçiyə də ehtiyacım yoxdur. Mən özüm müttəhim yox, ittihamçıyam. Sizin məni mühakimə etmək səlahiyyətiniz yoxdur. Çünki rus-yəhudi imperiyası ozü hüquqi dövlət deyil. Bunu qəti olaraq bilmək lazımdır”.

Zatikyan öz son sözünü erməni dilində çağırış ilə tamamlamışdır:
“Başqalarına deyin ki, bizə qalan yalnız intiqamdır! İntiqam və bir daha intiqam!”.

Məhkəmə prosesi 2 il davam edir. 1979-cu il 20-24 yanvar tarixlərində SSRİ Ali Məhkəməsi tərəfindən qapalı şəraitdə keçən məhkəmə prosesində hər üç erməni terrorçusu ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edilirlər.
Yanvarın 30-da SSRİ Ali Sovetinin rəyasət heyəti terrorçuların əfv olunma haqda verdiyi xahişi rədd edir və həmin gün məhkəmənin hökmü yerinə yetirilir. O vaxtkı Ermənistan rəhbərliyi hər imkandan istifadə edərək bu faktı ictimaiyyətdən gizlətməyə çalışır. O vaxtlar Ermənistan Kommunist Partiyasının birinci katibi işləyən K.Dəmirçiyan hər vəcdlə məhkəmə prosesinə maneə törətməyə çalışırdı. Ermənistan müstəqillik qazanandan sonra siyasətə qayıdan K.Dəmirçiyan özü erməni terrorunun qurbanı oldu. 27 oktyabr 1999-cu ildə erməni terrorçuların parlamentə hücumu zamanı ilk öldürülənlərdən biri də parlamentin spikeri K.Dəmirçiyan oldu.

Erməni terroru bu gün də susmaq bilmir. Azərbaycanın yüzlərlə sadə vətəndaşları, zəhmətkeş insanları, məktəbli uşaqları, bələkdə olan körpə balaları erməni terrorunun qurbanlarına çevrilir. Dünya birliyi, insan hüquqları təşkilatları isə buna susur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin