Heydər Əliyevin mədəni irsimizə göstərdiyi diqqət və qayğı…

29

Azərbaycan Respublikasının ərazisi bütün tarixi dövrlərə aid abidələrlə zəngin olsa da, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. H.Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük dəyər verib.

Ulu öndər deyirdi ki, bir xalqın tanınması üçün mədəniyyət ən önəmlisidir. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, o cümlədən tarixi özündə yaşadan qədim abidələrimiz beynəlxalq aləmdə tanındı. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür.

Ulu Öndər rayonlara səfərləri zamanı tarixi abidələrin qorunması və arxeoloji qazıntı işləri ilə şəxsən maraqlanıb, qədim tariximizin yadigarları olan abidələrimizin tədqiqinin və təbliğinin zəruriliyini bildirib. Onun belə səfərlərindən biri də arxeoloq Rəşid Göyüşovun tədqiqat apardığı qədim Şabran ərazisinə olub. Arxeologiya elmini və arxeoloji abidələrimizi yüksək dəyərləndirən Heydər Əliyev 1983-cü il sentyabrın 6-da Şabranda olarkən həmin qazıntı yerinə baxıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da tarixi abidələrimizə və onların qorunması məsələlərinə diqqət göstərilib. Belə ki, Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə qayıdışından sonra tarixi abidələrin mühafizəsinin hüquqi bazası yaradılıb. Dahi rəhbər “Çıraqqala” tarixi abidələr kompleksinin yaradılması və qorunması, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin və digər memarlıq və tarixi abidələrimizin qorunması ilə bağlı sərəncamlar imzalayıb.

23 iyun 2003-cü il 1262 nöm Sərəncamla “Çıraqqala” və 27 sentiyabr 2003-cü il 1343 nöm Sərəncamla “Qədim Şabran “abidələrini qoruq elan etməsidir. Bu tarixi abidələri qoruğ elan etməkdə məqsəd həmin abidələrin ilk növbədə qorunması, təbliğini təşkil etmək və gələcəy nəslə olduğu kimi çatdırmaqdır.Və bu məqsədlə tarixi abidələr qoruğ elan olunduğu gündən etibarən işçi heyyəti tərəfindən həm qorunur həm də təbliğ olunaraq ölkəmizdə və həm də ölkədən kənarda tanıdılır.

Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də tarixi abidələrimizə xüsusi qayğıyla yanaşır.Belə ki, prezidentimizin 22 oktyabr 2019- cu il tarixli 1498 saylı Sərəncamına əsasən , “ Çıraqqala “və “Şabran şəhəri “ tarixi qoruqlarının ərazisi “ Çıraqqala-Şabran “ Dövlət Tarix Mədəniyət Qoruğu elan edilib.

Bu tarixi abidələrin qorunaraq nəsildən- nəsilə çatması üçün daha bir addım atan prezidentimiz 15 yanvar 2019-cu il tarixli 890 saylı Sərəncamına əsasən Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa- konservasiya işlərinin görülməsi üçün vəsait ayrılıb.Və o gündən qalada təmir bərpa işlərinə start verildi.Artıq abidə üzərində təmir işləri tamamlanmaq üzrədir.. Beləki abidənin əvvəlki görünüşünu saxlamaqla bərpa olunmuş,baş bürcdə yeni otaqlar aşkar olunmuş və qalaya qalxmaq üçün istihadə olunmuş qədim dəvə körpüsü də tikilmişdir. Hətta təmir-bərpa işləri zamanı müxtəlif materallı eksponatlar da aşkar olunmuşdur.Və bu ekspotlar araşdırılmaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya ,Antropologiya arxivinə göndərilmişdir.Və ümid edirəmki tezliklə təmir bərpa işləri bitər və sizləri Çıraqqalanın yeni görünüşü ilə canlı olaraq tanış edərik.
Ulu Öndərin Azərbaycanın tarixi abidələrinin qorunması, tədqiqi və təbliği istiqamətindəki müdrik siyasəti bundan sonra da uzun illər aktuallığını saxlayacaqdır.

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor v.m.i.e Günel Pirquliyeva