1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai –siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.Ümummilli liderin şəxsiyyəti ,onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti ,qətiyyəti , uzaqgörənliyi böhrana son qoydu
,xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi.Ümumilli Liderin müdrikliyi və qətiyyəti sayəsində
Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan ,siyasi çəkişmələrdən ,sosial –iqtisadi böhrandan xilas oldu.Azərbaycan müstəqil , demokratik , hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı,problemlər mərhələrlə həll olundu,siyasi sabitlik yarandı.
Xalqın təkidli tələbi ilə hakimiyyə qayıdan Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi.Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxilindəki qüvvələr güclü idi ,həm də Azərbaycan kimi böyük coğrafi –strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi .
1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi.Əsrin əvvəlindən fərqli olaraq bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi….
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir,dünyada Azərbaycanın nüfuzu daha da artır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial iqtisadi və
siyasi inkişaf dövlətimizin möhkəmlənməsi. Sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.Beləliklə , bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş günü kimi həkk olundu və 1997 –ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Çiraqqala –Şabran DTMQ-nun Baş fond mühafizi:Vüsalə Bəbirova