“Sevinirəm ki, pandemiya bu ənənəni məcbur yaratdı”

10

Müğənni-bəstəkar Murad Arif toylarla bağlı qadağanın aradan götürülməsinə münasibət bildirib.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, sənətçi 50-150 nəfərlik toylara icazə verilməsini dəstəklədiyini vurğulayıb:

“Və bu şəkildə həyatımıza 100-200 nəfərlik toylar daxil oldu. İllərlə apardığım məclislərin əksəriyyəti zatən bu formatda keçirdi. Məclisin daha xudmanı olması, tədbiri daha rahat və daha səmimi edir. Ziyalı təbəqə heç vaxt bütün köhnə tanış-tunuşunu çağırmazdı.

Sevinirəm ki, pandemiya belə bir ənənəni məcbur yaratdı. İstərdim ki, say məhdudiyyəti dəyişməsin. Ev yiyəsinə də rahat olur, məclis bazar-vağzala dönmür, toya yalnız yaxınlar, yalnız doğmalar dəvət alır. İsraf da olmaz!”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin