Şəkidə avtomobil aşıb: xəsarət alanlar var

11

Şəki rayonunda yol qəzası baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qayabaşı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini Təbriz Aydın oğlu Yusifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Maşın aşan zaman sərnişin – Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Bayram Aşırəliyev özünü yerə atmaq istəyərkən ağır xəsarət alıb. Avtomobildə olan digər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin