Şenol Güneş: “Türkiyəni və qardaş Azərbaycanı xoşbəxt etməliyik”

12

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda İsveçrənin Uelslə 1:1 hesablı heç-heçə etməsi Türkiyə yığmasının əhval-ruhiyyəsini yüksəldib.

yasamal.tv xəbər verir ki, bu vəziyyətin komandada arxayınlığa səbəb ola biləcəyini düşünən baş məşqçi Şenol Güneş futbolçulara xəbərdarlıq edib.

69 yaşlı mütəxəssis bildirib ki, rəqibləri qarşılaşmanı “ay-ulduzlular”ın istədikləri kimi başa vurublar. Lakin o, qrupdakı vəziyyətlərində dəyişikliyin baş vermədiyini söyləyib: “Bəlkə də bizə 4 xal kifayət edəcək. Amma digər iki oyunu qazanaraq qrupdan çıxmalıyıq. Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram”.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin