Xalq artisti təcili Türkiyəyə aparıldı

11

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq təcili Türkiyəyə aparılıb.

yasamal.tv xəbər verir ki, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub (report).

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin