Bitkoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olub

12

Mərkəzi Amerika ölkəsi El Salvador Konqresi kriptovalyuta bitkoini qanuni ödəmə vasitəsi kimi tanıyan qanunu qəbul edib.

yasamal.tv xəbər verir ki, bununla da bitkoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olub.

Təklifin sahibi El Salvador prezidenti Nayib Bukele, qanunun 62 leyhinə səslə qəbul edildiyini açıqlayb.

Qyed edək ki, ötən həftə “Bitcoin 2021” konfransına video mesaj göndərən prezident Bukele bitkoini ödəmə vasitəsi olaraq qəbul edəcək qanunu Konqresə göndərəcəyini bildirmişdi.

“Bitkoin 680 milyard ABŞ dollarlıq bir bazar dəyərinə sahibdir. Bunun 1 %-i nisbətində El Salvadora investisiya qoyulsa, ölkə iqtisadiyyatı 25 % böyüyər. Bununla birlikdə kriptovalyuta potensial 10 milyon yeni istifadəçiyə çatacaq”, – deyə o bildirib.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin