ABŞ Belarusa qarşı sanksiyaları uzatdı

10

ABŞ Prezidenti Co Bayden Belarusa qarşı 2006-cı ildən tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb.

yasamal.tv xəbər verir ki, köhnə sanksiyalar Minskdə “Ryanair” təyyarəsinin məcburi endirilməsi və Roman Protaseviçin həbsi ilə əlaqədar hazırlanan yeni sanksiyalar fonunda uzadılıb.

ABŞ tərəfindən Avropa İttifaqı və digər tərəfdaşlarla həmrəylik nümayiş etdirərək Belarus rəhbərliyinin nümayəndələrinə qarşı başqa bir sanksiya siyahısı da hazırlanır.

Bundan əlavə, 3 iyundan başlayaraq 10 Belarus şirkətinə qarşı əvvəlcə dayandırılmış sanksiyalar yenidən qüvvəyə minib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin