Füzulidə yol qəzası: ölən var

11

Füzuli rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

İyunun 2-də saat 20 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi VAZ-2101 markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub.

Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin