Azərbaycan Silahlı Qüvvələrinin 21 üzvü Türkiyədə növbəti təlimə qatılıb.
yasamal.tv xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qırxlareli şəhərində Türkiyə ordusunun 55-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandirliyi tərəfindən “BORA-2021” adlı təlim keçirilib.
Təlimə Azərbaycan Silahlı Qüvvələrinin 21 üzvü qatılıb”, – məlumatda bildirilib.