“2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb. Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır”.
yasamal.tv xəbər verir ki, bunu Milli Məclisin iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə balı qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, bu məqamlar iqtisadiyyata mənfi təsir göstərib:
“Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.