Yaponiyada bir cüt yemiş 25 min dollara satılıb

11

Yaponiyada xüsusi qaydada yetişdirilərək hərraca çıxarılan 2 yemiş 2,7 milyon yenə (təxminən 25 min ABŞ dolları) satılıb.

yasamal.tv xəbər verir ki, məhsulları körpə qidası istehsalçısı olan “Hokkaido Products” şirkəti alıb.

Xatırladaq ki, sözügedən növ yemişlər Yaponiyanın Hokkaydo əyalətində ərsəyə gətirilir və ləzzətinə görə bütün ölkədə məşhurdur. Onların Yaponiya tarixində ən yüksək alqı-satqı qiyməti 2019-cu ildə qeydə alınıb. Həmin il bir cüt yemişə 5 milyon yen (təxminən 46 min dollar) verən tapılmışdı.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin