Latviya Belarus üzərindən uçuşları dayandırdı

12

Latviyanın “Baltik” hava yolları şirkəti Belarus üzərindən uçuşların həyata keçirilməməsi barədə qərar qəbul edib.

yasamal.tv xəbər verir ki, bu barədə Latviyanın nəqliyyat naziri Talis Linkayts açıqlama yayıb.

O, Belarusda baş verən son situasiyanın qeyri-ordinar olduğunu bildirib. Nazir Latviyanın bu təşəbbüslə Mülki Aviasiya Agentliyində də çıxış edəcəyini söyləyib.

Qeyd edək ki, Afinadan Vilnüsə uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb. Əvəzində isə təyyarədə olan “Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç saxlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin