Bakıda 37 yaşlı kişi kürəyindən bıçaqlandı

11

Bakıda bıçaqlanma hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Əhmədli qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1984-cü il təvəllüdlü Səmədov Azər İlham oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onun kürək nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin