Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub – SİYAHI

13

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apellyasiya Məhkəməsinə hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

yasamal.tv-ın xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Həmidov Həmid Üzeyir oğlu

2. Hüseynov Azər Soltanhəmid oğlu

3. Tağızadə Mirzə Nəsib oğlu

4. Babayev Zəki Baba oğlu

5. Bəktaşi Səadət İnayət qızı

6. Əkbərov Mübariz Dosməmməd oğlu

7. İbrahimli İbrahim Adil oğlu

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin