Türkiyəli müğənni Yeliz özündən 15 yaş kiçik məşhur sənətçi Özcan Dənizlə sevgili olması barədə verdiyi açıqlama ilə gündəmə gəlib.
yasamal.tv xəbər verir ki, 63 yaşlı məşhur keçmişdə Özcanla sevgili olduğu üçün gələn tənqidlərə cavab verib:
“İkimizdə subay insan idik. Nə olsun ki, yaşı məndən kiçikdir? Allah xatirinə, hər kəs öz etdiklərinə baxsın. Özümdən 12 yaş kiçik biri ilə sevgili olmuşdum, təbii ki, olacam, çünki bir-birimizə aşiq idik. Özcan mənim kimi möhtəşəm bir qadınla sevgili olduğu üçün qürur duymalıdır. Mən xarekterimlə, insanlığımla və səsimlə möcüzəyəm”.
Qeyd edək ki, məşhur cütlük sadəcə 12 gün birlikdə olmuşdu.