Avokadonun xərçəng əleyhinə faydası aşkar olunub

12

ABŞ və Kanada alimləri avokadonun daha bir faydasını aşkar ediblər.

yasamal.tv bildirir ki, meyvənin tərkibindəki avokatin B maddəsi leykoz zamanı xərçəng hüceyrələrinin artmasına səbəb olan fermenti zərərsizləşdirir.

Alimlər ümid edirlər ki, bu kəşf qan xərçənginə qarşı yeni dərman vasitəsinin hazırlanmasında istifadə olunacaq.

Qeyd edək ki, avokado həm də orqanizmdəki xolesterini əridən vasitə kimi tanınır. Meyvə ürək fəaliyyəti üçün vacib olan kalium ilə zəngindir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin