Lüksemburq – Azərbaycan oyunu yeni stadionda keçiriləcək

11

Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.

yasamal.tv xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer “Paperjam” nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, məqsədləri Lüksemburq – Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.

“Stade de Luxembourg” arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin