“Haber Global” kanalında yayımlanan “Az önce konuştum” proqramına “Masumlar apartmanı” serialında rol alan aktrisalar Ezgi Mola, Farah Zeynəb Abdullah və Merve Dizdar qonaq olublar.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, Ezgi Mola serialda “İnci” obrazına həyat verən Farah Zeynəb Abdullaha sillə vurduğu səhnədən danışıb:
“Sillə səhnələrində ehtiyatlı oluram. Faraha da narahat olma dedim. Hesablaya bilmədiyim tək şey oldu, qızın üzü balaca mənim əlim kürək kimi”.
Farah Zeynep Abdullah da həmin səhnə çəkildiyi an çox gərgin olduğunu etiraf edib:
“Sillədən gözüm qaraldı. Əlim, ayağım titrədi. Əlimdə olan nə varsa, yerə atmışam. Həqiqətən həmin an tək qalmaq istəyirsən. Belə səhnələr də olur”.