MSK-nın yeni tərkibinin müəyyənləşəcəyi vaxt məlum olub

10

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin Milli Məclisdə müzakirə olunaraq müəyyənləşdiriləcəyi vaxt müəyyənləşib.

yasamal.tv-ın məlumatına görə, məsələ parlamentin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq. Həmin iclasın tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən Komissiya yenidən formalaşdırılacaq.

MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin