ÜST: Koronavirusdan ölümlər artıb

18

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirusdan ölümlərin artdığını açıqlayıb.

yasamal.tv xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilir.

“Artıq ardıcıl yeddi həftədir ki, yoluxmada, son dörd həftədə isə ölümlərdə artım müşahidə etmişik”, – deyə Qebreyesus bildirib.

O, vaksinasiyanın COVID-19 virusu ilə mübarizədə yeganə yol olmadığını söyləyib.

ÜST rəhbəri insanları sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə riyaət etməyə çağırıb.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin