Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə son gərginliyi dəyərləndirib.
yasamal.tv xəbər verir ki, o, Moskvanın NATO ilə Ukrayna münasibətlərini sınağa çəkdiyini düşünür.
“Onlar gərginlik dərəcəsini elə yüksəyə qaldırmaq istəyirdilər ki, Qərbin Ukraynanı dəstəkləməsi məsələsində qətiyyətsiz qalmasına çalışırdılar. Guya ki, Qərb bizi öz partnyoru hesab etmir. Bu sınaq idi”- deyə Zelenski deyib.(modern.az)