Astarada yük maşını aşıb: ölən var

8

Astara rayonunda yol qəzası olub.

yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Siyəkü kəndində baş verib.

Belə ki, mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının sürücüsü, rayonun Vaqo kənd sakini, 1964-cü il təvəllüdlü Vüqar Xankişi oğlu Aslanov yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını aşıb, bortda olan Sahil Səfərəli oğlu Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin