“CinemaPlus” ehtiyacı olan 100 ailəyə “Dəstək Qutusu” ilə yardım etdi

12

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsindən 100 ədəd “Dəstək Qutusu” alaraq, ehtiyacı olan yaşlılara, çoxuşaqlı ailələrə və işsizlərə “Dəyər ver-dəstək ol!” aksiyasına qoşularaq dəstək olub.

Həmin qutuda 18 çeşiddə ilkin tələbat ərzaq məhsulları var.

Bununla bağlı “CinemaPlus” məlumat yayıb.

“Biz, “CinemaPlus” kinoteatrı olaraq Yaxşılıq Pandemiyasına qoşuluruq və əsas məqsədimiz bir-birimizə dəstək olmaq, birləşmək, özümüzü və başqalarını qorumaq, mümkün olduqda kömək etməkdir”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ayrılıb.

Biz birlikdə daha güclüyük!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin