Xəbər verdiyimiz kimi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
yasamal.tv-ın məlumatına görə, qanunverici orqanın aprel ayının 24-də baş tutan Plenar iclasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə 82 işçi qrupun rəhbərləri seçilib.
Bununla yanaşı Beynəlxalq parlament qurumlarında, təşkilatlarda fəaliyyət göstərəcək Azərbaycanı nümayəndə heyətlərinin formalaşması prosesləri gedir. Heyətlərin siyahısı yaxın günlərdə açıqlanacaq.
AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilən ilk onlayn iclasında Azərbaycan nümayəndə heyəti iştirak edəcək.(azvision.az)