Suraxanıda qanvermə aksiyası keçirildi

39

Suraxanıda qanvermə aksiyası keçirilib.

Bloger.az xəbər verir ki, Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Suraxanı rayonu Qaraçuxur məscidində təşkil olunmuş könüllü qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, rayon ictimaiyyəti iştirak edib.

Hər bir donorun sağlamlığı həkim-hematoloqlar tərəfindən öncədən yoxlanılmış və tibbi müayinədən sonra qan götürülüb.

Qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunması məqsədilə təşkil olunmuş və artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən hər kəsə İcra Hakimiyyəti adından minnətdarlıq bildirilib.