Politoloq Züriyə Qarayeva yazır…
Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin növbəti qurultayında təsdiq olunan yeni MKYK (Merkez Karar Yönetim Kurulu) üzvləri ilə görüşərkən –“Hər kəs öz bölgəsində daha çox çalışsın, vətəndaşlarımız,-“AKP burada yoxdur”-deməsin” fikirlərini söylədi.
Böyük qurultayla birlikdə 2023 kadrlarını da təyin edən Prezident Ərdoğan, yeni MKYK üzvlərinə qarşıya qoyulan hədəflərə çatmaq üçün önəmli təlimatlar verdi. O, “Birlikdə çalışacağıq. 2023 hədəflərinə birlikdə gedecəyik” ifadələrini işlətdi.
Prezident Ərdoğan, AKP-nin növbəti 7-ci Böyük qurultayının tamamlamasının ardından topladığı yeni MKYK üzvləri ilə tanış olarkən -“çox çalışın, öncəliklə 2023-ə köklənin və bundan sonra 2023 seçimlərinə hazırlaşmağı da unutmayın. MKYK üzvlərinin sayını artırdıq, daha çox sahədə çalışın, güclü Türkiyə hədəflərinə çatmaq üçün birlikdə yola davam edəcəyik. Bütün bölgələrdə tək tək çalışmaq, vətəndaşlarla daha çox bir araya gəlmək tələb olunur”-ifadələrini işlətdi.
Qeyd etməliyəm ki, Ərdoğan, 3 nəfər “yol arkadaşı” dediyi MKYK üzvündən vaz keçmir! 10 ayrı böyük qurultayda dəyişməyən 3 isim: Hayati Yazıcı, Ömər Çəlik və Öznur Çalık.
Ötən 2003-2021-ci illərdə keçirilən 7 növbəti və 3 növbədənkənar qurultaylarda saysız üzv dəyişərkən, 3 nəfər isə heç dəyişmədi.
AKP-in növbəti 7-ci “Olağan” Qurultayda partiya idarəçiliyindəki üzv sayısı 75-ə artırıldı və keçmiş MKYK-dan 22 ismin üstündən xətt çəkildi. AKP növbəti qurultaylarını 2003, 2006, 2009, 2012, 2015, 2018 ve 2021-də keçirdi. Üç dəfə də (2014, 2016 ve 2018) növbədənkənar qurultaya başvuruldu.Xatırladım ki, 2014-də Əhməd Davudoğlu sədr seçildi, 2016-da Binəli Yıldırım və 2018-də isə 4 il aradan sonra Ərdoğan yenidən partiyanın başına keçdi. Ərdoğan, 2014-2018-ci illərdə AKP idarəçiliyindən ayrı qaldı.
Vaz keçilməyən isimlərlə tanış olaq:
1)Rizəli olan 69 yaşındaki Hayati Yazıcı, hakimlik edərkən vəkilliyə keçdi. Siyasətə ANAP-da başladı. Uzun illər Ərdoğana vəkillik etdi. Özəlliklə Ərdoğanın ona Pınarhisar Cəzaevi günlərində yaxınlığı artdı. AKP-nin qurucularından oldu. Təşkilat Başqanı, Gömrük və Ticarət naziri, Baş nazir köməkçisi oldu. İndi partiyanın Siyasi İşlər Başkanı olan Yazıcının, indiyə qədər hazırlanan proqram və nizamnamələrində imzası vardır.
2)Ömər Çəlik, prezident Ərdoğanla İstanbul Böyük şəhər Bələdiyyə sədrliyi dönəmindən etibarən yol yoldaşlığı edir. Siyasi sözcüsü olaraq da Ərdoğanın yanında olan Çəlik, uzun illər köşə yazarlığı da etdi. AKP-nin qurucu ismi oldu, Mədəniyyət və Turizm naziri, AB naziri və Baş məsləhətçi vəzifələrində çalışdı. AKP-nin intellektual beyni olaraq bilinir. Siyasi zəkası və mədəniyyət adamı olması ilə tanınır.
3)Əslən Malatyalı olan Öznur Çalık, uzun illər əczaçılıq etdi. Siyasətə DYP-də başladı, 2003-də AKP MKYK-na girdi və 2007-də ilk dəfə millət vəkili seçildi. 2007, 2011, 2015 ve 2018 millət vəkili seçiminde 5 dönəmdir deputat seçilir. Əhməd Davudoğlu dönəmində rəhbər müavini oldu.
Düşünürəm ki, kadr siyasətinə belə zərgər dəqiqliyi ilə yanaşan AKP iqtidarı, 2023 hədəflərinə müvəffəqiyyətlə çatmağa həm Türkiyə dövlətinin regionun super gücünə çevrilməsi üçün, həm də türk xalqının qürurla rifah içində yaşaması üçün özünün vicdan məsələsi kimi baxır. Qardaş Türkiyənin qüdrətlənməsi isə millətimizə fəxarət, dövlətimizin gələcəyinə isə nikbinlik verməkdədir.