Göyçay sakini qardaşını bıçaqlayıb

10

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

yasamal.tv xəbər verir ki, hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Soltanov Natiq Mövsüm oğlu aralarında yaranmış münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğluna bel nahiyəsindən 2 bıçaq xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin