Erməni politoloq: “Lələtəpə” əməliyyatı bizim üçün əsl cəhənnəm idi”

12

Azərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı “Lələtəpə” əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.

yasamal.tv-ın məlumatına görə, bu barədə erməni politoloq Qeqam Nazaryan mətbuat konfransında bildirib.

“Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik”, – deyə o, bildirib.

Qeyd edək ki, “Lələtəpə” əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sarqsyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi. (Caliber.Az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin