Daha bir məktəb koronavirusa görə bağlandı

13

Bu gündən Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

yasamal.tv-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər aprelin 14-ə kimi distant formada davam etdiriləcək.

Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınmışdı.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin