Elvis Preslinin gitarası rekord qiymətə satıldı

13

Məşhur musiqiçi Elvis Preslininin İsveç istehsalı gitarası ABŞ-da keçirilən hərracda rekord qiymətə satılıb.

yasamal.tv xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Bob Dilan, Elizabet Teylor kimi məşhur simaların da əşyalarının satıldığı hərracda Preslinin gitarasına 500 min dollar ödənilib. Gitaranı alan şəxsin adı açıqlanmayıb.

1968-ci il istehsalı parlaq qırmızı rəngi ilə diqqət çəkən gitaranın fotosu Preslinin 1969-cu ildə işıq üzü görən “From Elvis in Memphis” adlı məşhur albomunun üz qabığında da yer alıb.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin