Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı

11

“Microsoft”un qurucusu, milyonçu Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

Bill Qeytsin fikrincə, dünya 2022-ci ilin sonunadək normal vəziyyətə qayıda bilər.

yasamal.tv xəbər verir ki, qatıldığı televiziya proqramında sualları cavablayan Qeyts pandemiyanın səbəb olduğu inanılmaz faciəninin sona çatmasına kömək edəcəyini də vurğulayıb: “Biz 2022-ci ilin sonunda tamamilə normala dönmüş olmalıyıq”

Qeyd edək ki, Qeyts 2015-ci ildə verdiyi açıqlamada yer üzündə sürətlə yayılan bir virusun milyonlarla insanın ölümünə səbəb olacağını demişdi.

Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin adını daşıyan “Bill & Melinda Qeyts” vəqfi vasitəsilə COVID-19 epidemiyası ilə qlobal səviyyədə mübarizəni dəstəkləmək üçün ən az 1,75 milyard dollar vəd edib. Bu vəsaitə bəzi peyvənd istehsalçılarının, diaqnozların və potensial müalicələrin dəstəklənməsi daxildir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin