Politoloq Züriyə Qarayeva yazır…
SSRİ-nin 15 respublikası arasında Türkmənistan ən arxaik idi. Orta əsrlərdən sosializmə girmiş kimi görünürdü. Türkmənlər həmişə özlərini bir etnos və ya millət deyil, bir tayfa kimi tanımışlar. Türkmənistanda əsasən beş tayfa yaşayır:
-təkinlər,yomudlar,ərsarlar,çovdurlar və sarıklar.
Tarixən təkinlər ən yaxşı döyüşçülər hecab olunur.Təkinlər sülaləsindən olan
Türkmənbaşının(Səfərmurad Niyazov) ölümündən dərhal sonra millətin yeni liderinin kim olacağı bəlli oldu.Mərhum liderin qanundan kənar oğlu kimi tanınan Qurbanqulu Berdımuhammedov. Sələfindən nümunə götürərək Arkadag (türkmənlərin hamisi) titulunu alaraq ali hakimiyyətə başlamışdır. Birinci prezidentin şəxsiyyət pərəstişi eyni şeylə əvəz olundu və daha az şok yaradırdı.
Bu günlərdə isə Arkadağ öz sülaləsinin hakimiyyətini oğlu Serdara ötürdü. Onun baş nazirin müavini təyin edilməsi Türkmənistanda səs-küyə səbəb oldu. Kiçik Berdimuhammedov 20 yaşındadır, 2001-ci ildə evlənib. Onun dörd övladı var – bir oğlu və üç qızı.
39 yaşlı potensial varis hələ liderlik keyfiyyətləri ilə parlamır. İclaslarda, ölkəni gəzərkən və hətta atası ilə görüşlərdə də qarışıq görünür. Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirən Serdar çox iddialı və məqsədyönlü bir insan deyil.
O, Baş nazirin müavini vəzifəsinə təyin edilməzdən əvvəl Türkmənistan Ali Nəzarət Palatasına rəhbərlik etmişdir. Bundan əvvəl o, Sənaye və Tikinti istehsalı naziri vəzifəsində çalışıb. Bir ildən çox Axal inzibati vilayətinə rəhbərlik etmişdir. Sərdar respublikanın xarici işlər nazirinin müavini vəzifəsini də icra etdi. Üç il Türkmənistanın BMT Cenevrə nümayəndəliyində çalışdı. Belə müxtəlif peşə təcrübəsinə baxmayaraq, Serdar irəliləyiş islahatları ilə yadda qalmadı və natiqliklə parlamadı. Niyazovun dövründən bəri türkmənlərə qaz və digər kommunal xidmətlər üçün pul ödəməməyə icazə verilir. Ancaq son illərdə qlobal enerji qiymətlərinin düşməsindən sonra ölkə iqtisadiyyatı kəskin şəkildə aşağı düşdü. Türkmənistanda qaz hələ də əsas ixrac malıdır. Sakinlər mənzil və kommunal xidmətlər üçün pul ödəmək məcburiyyətində qaldılar. Türkmənistan hakimiyyətinin rejimin qorunması üçün bir təsirli vasitəsi var – bu da qorxudur. Ölkənin güc aparatı son dərəcə geniş səlahiyyətlərə malikdir. Polis, xüsusi xidmət orqanları və ordu öz korrupsiya cekpotlarına sahib olduqları üçün Berdımuhammedovu dəstəkləyir. Yun ticarəti, məşhur türkmən xalçaları, Axaltəkə atları və narkotik ticarəti nəzarətdədir. Təhlükəsizlik işçiləri bu qidalanma çuxurundan məhrum edilərsə,qüdrətli “Türkmənlərin hamisi”nin şəxsiyyət pərəstişindən əsər-əlamət qalmayacaq.
Korrupsiya sxemlərində yalnız hüquq-mühafizə orqanlarının deyil, məhkəmələrin, müavinlərin, yerli hakimiyyət orqanlarının da payı var. Hamısı rejimin sabitliyinə zəmanət istəyir, bu da kapitalının qorunması deməkdir. Türkmən lider onları sakitləşdirmək üçün oğlunu baş nazir müavinini təyin edir.
Beləliklə, sistemə bir işarə verir: kapitalınız və təsiriniz tranzitdən sonra sizinlə qalacaq. Heç bir çaxnaşma və narahatlıq yoxdur, varis öz şəxsi adamıdır, yəni ölkədə hər şey dəyişməz qalacaq deməkdir. Düşünürəm ki,Orta Asiya liderlərinin övladlarının intellektual səviyyəsi suallar doğurur. Serdarın xaricdə təhsili belə idarəetmə bacarığı qazanmağın təminatı deyil. Türkmənistanda üçüncü ildir ki, ərzaq böhranının davam etdiyi də diqqət çəkir. Bir sözlə, Qazaxıstan presedenti ilə Türkmənistanda hakimiyyət tranzitinin monolit olacağına mən şübhə ilə yanaşıram.