Sürücülərin nəzərinə: Paytaxtın iki küçəsində yenilik

17

Piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün paytaxtın daha bir rayonunda yenilik tətbiq edildi.

yasamal.tv xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.

Nəticədə hərəkət növbəliliyi təmin edilib. Eyni zamanda təhlükəsizlik səviyyəsi artırılıb. Bununla yanaşı əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin