YAP-ın Siyasi Şurası ləğv olunub, Veteranlar Şurası yaradılıb

11

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən iclasında partiyanın Siyasi Şurası ləğv edilib.

yasamal.tv xəbər verir ki, bu barədə Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov məlumat verib. Qurultayda partiyanın strukturunda ciddi dəyişiklilk edilməsi haqqında qərarlar qəbul edilib. Belə ki, 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb.

O bildirib ki, ilk dəfə olaraq partiyanın Veteranlar Şurası yaradılıb. Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

***

YAP-ın idarə heyətinə yeni üzvlər seçilib.

Həmin şəxslərin siyahısını təqdim edirik:

Cavid Osmanov

Azər Badamov

Kamal Cəfərov

Tahir Mirkişili

Şahin İsmayılov

Ramin Məmmədov

Sadiq Qurbanov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin