Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Mehraliyev Zahid Abdulla oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. (report)