“Facebook” platformasında siyasi reklamlara qoyulan qadağanı ləğv edir.
yasamal.tv xəbər verir ki, bu barədə “The Hill” şirkətin açıqlamasına istinadən xəbər yayır.
“Bu müvəqqəti qadağanı seçki günündən sonra qarışıqlıq və sui-istifadə hallarının qarşısını almaq üçün 2020-ci ilin noyabr seçkilərindən sonra tətbiq etdik”, – deyə şirkətdən bildirilib.
Daha əvvəl “Google” bu ilin yanvarında ABŞ Konqresinin binasına hücumdan sonra tətbiq olunan oxşar qadağanı ləğv edib.(oxu.az)