Qusarda iki nəfər dəm qazından boğulub

10

Qusar rayonunda iki nəfər dəm qazından zəhərlənərək ölüb.

yasamal.tv-ın məlumatıma görə, hadisələrdən biri rayonun Bədirqala kəndində qeydə alınıb.

Kənd sakini, 46 yaşlı Mayıl Məmmədov yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib. M. Məmmədov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Digər hadisə isə Qusar şəhərində baş verib. Bakı Rabitə Kollecinin tələbəsi olan Cəmilə Zahidova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin