“Kifayət qədər əziyyət çəkmişəm. Elə bir həddə çatdım ki, artıq əziyyətlərimin puç olduğunu anladım. Başa düşdüm ki, artıq heç nə edə bilmərəm. Elşadla (keçmiş həyat yoldaşı, repçi- red) fərqli insanlarıq, fərqli yol gedirik. O yolları özümüz məcburi kəsişdirmişik. Elə bilmişik ki, bir-birimizi sevirik. İndi başa düşürəm ki, heç kimi sevməmişəm. Hazırki sevgim başqa istiqamətdədir”.
yasamal.tv qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa-rəqqasə Oksana Rəsulova “Onun sirri” proqramında qonaq olarkən deyib. O, eks-əri, məşhur repçi Elşad Xose barədə etiraflar edib. Bundan əlavə, Oksana ayrılıq dövründə depressiyaya düşdüyünü, buna görə də psixoloqa müraciət etdiyini vurğulayıb:
“Onunla ayrıldıqdan sonra 2 il yarım depressiya keçirdim, tamamilə məhv olmuşdum. Psixoloq yanına getdim. 16 il idi ki, övlad sahibi ola bilmirdim. Psixoloq mənə dedi ki, sən övlad sahibi olmaq istəyirsən deyə bütün hisslərini o insana yönəltmisən. Ailə qursan, övladın olsa, o hisslərin bitəcək. İndiki Oksana tam başqa hisslər keçirir. Elşadın doğum günü 25 sentyabrdadır. 7 il ərzində 24 sentyabrdan artıq hazırlıq görürdüm ki, ilk təbriki mən edim. Lakin son 4 ildir artıq o tarixi tamam unutmuşam. O insan tamamilə beynimdən, qəlbimdən, ruhumdan çıxıb. Son 4 ildə başqa insan olmuşam. Ana olmuşam”.