“Ağdam 2-3 ilə tam bərpa oluna bilər”

11

“Hesab edirəm ki, 2-3 ilə Ağdam şəhəri tam bərpa oluna bilər”.

yasamal.tv xəbər verir ki, bunu Prezident İlham Əliyev mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bundan öncə isə minatəmizləmə, infrastruktur layihələri həyata keçirilməlidir.

Prezident qeyd edib ki, biz enerji şəbəkəsi yaradacağıq: “Bu ilin sonuna kimi elektrik enerjisi verilişi başa çatacaq. Məktəblər, xəstəxanalar tikilməlidir. İş yerləri yaradılmalıdır. Bütün işlər böyük qayıdış proqramının tərkib hissəsidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin