“Rusiya ilə bütün bağlarımızı qoparmamalıyıq”.
yasamal.tv axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
“Münasibətlərimizin bu çətin dönəmində bütün bağlarımızın qopmamasına diqqət etməliyik”, – deyə prezident bildirib.
O, Berlin, Brüssel və Vaşinqtonun Moskva ilə əlaqələrin gələcəyini müzakirə etməsini məmnuniyyətlə qarşıladığını söyləyib:
“Son 20 ildə Qərb ilə Şərq arasındakı bir çox körpülər yandırılıb. Bu, xüsusilə böhran dönəmində narahatedici durumdur və mən bunu Moskvaya açıq şəkildə bildirirəm. Qarmaqarışıq münasibətlər çərçivəsində yaşasaq da, keçmişimiz və gələcəyimiz var. Daha sülhsevər Avropanın gələcəyinə görə məsuliyyət daşıyırıq”.