Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna qarşı 500 min lirə təzminat iddiası qaldırıb.
yasamal.tv xəbər verir ki, bu barədə “Hurriyət” məlumat yayıb.
Bildirilib ki, buna səbəb müxalifət liderinin “13 şəhidimizlə bağlı Ərdoğan cavabdehlik daşıyır” açıqlaması olub.
Prezident Ərdoğan TBMM qrup toplantısında səslənəndirilən bu ifadələrə görə CHP rəhbərini 500 min lirəlik təzminat tələbi ilə məhkəməyə verib.
Qeyd edək ki, söhbət İraqın şimalında PKK terrorçularının öldürdüyü 13 Türkiyə vətəndaşından gedir.