Dünyada COVID-19-a qarşı 159 milyon 300 min nəfər peyvənd olunub.
yasamal.tv xəbər verir ki, bu, TASS-ın araşdırması nəticəsində məlum olub.
Bildirilib ki, bu, Yer kürəsinin 7 milyard 795 milyon nəfər əhalisinin 2 %-nin aşılanması deməkdir.
Son həftədə orta hesabla sutkada 6 milyon nəfər peyvənd edilib. Fevralın 3-nə olan məlumata əsasən, aşılananların sayı yoluxanların sayından çox olub.
Məlumata görə, dünya üzrə 107,8 milyon nəfər COVID-19-a yoluxub, 2,3 milyondan çox insan isə pandemiyadan ölüb.
Ən çox peyvənd edilən ABŞ əhalisidir – 48 milyon nəfər. İkinci yerdə 40 milyon çox peyvənd olunanlarla Çin gəlir. Böyük Britaniya isə (14,1 mln nəfər) 3-dür.