“Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın əl-qolunu yenidən açdı”.
yasamal.tv teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Ermənistanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“Robert Köçəryanın Moskvaya səfər etdikdən sonra seçkilərdə iştirak edəcəyini bildirməsi o deməkdir ki, Ermənistanda müxalifətin lideri və tənzimləyicisi yenidən köhnə oyunbaz olacaq. Əslində müharibədən sonrakı ilk iki ayda da Köçəryan 17 partiya və Manukyana təlimatlar verir və məqamını gözləyirdi. Moskvada Putinin Paşinyana Robert Köçəryanla bağlı fikir bildirməsi, Nikolun istintaqla bağlı geriyə addım atması və hətta onu xaricə buraxması onun əl-qolunu açmış oldu.